Bakı: Azərnəşr, 1984. — 64 səh.
Azərbaycan torpağı təbii sərvətlərlə zəngindir. Burada təbiətin möcüzə və ecazkar sirləri elmi dəlillər əsasında aşkar edilib üzə çıxarılır.
F. Əfəndiyevanın "Şəfalı palçıqlar" kitabında həmin palçıqlardan söhbət gedir. Kitabda Azərbaycanın palçıq vulkanları yataqlarından, palçıqların kimyəvi tərkibi və xüsusiyyətlərindən, sanatoriya-kurort və tibb məntəqələrində palçıqlarla aparılan müalicə üsullarından danışılır.
Kitabda hazırda işlənən nəinki palçıqla müalicə üsullarından, hətta gələcəkdə nəzərdə tutulan yeni müalicə metodlarından da bəhs edilir.
Kitab geniş oxucu kütləsi üçündür.